|
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları davam edəcək

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar hələ bir il də davam edəcək. 

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin saytında deyilir. 

“Mən 13660 saylı fərmanla qüvvəyə minmiş milli fövqəladə vəziyyət rejiminin müddətini uzadıram”, - Obama deyib. 

Öncə verilmiş məlumata əsasən, martın 3-də Obama Fransua Olland, Angela Merkel, Matteo Rentsi və Devid Kemeronla Ukrayna-Rusiya məsələsi və Liviyada vəziyətlə bağlı videokonfrans keçirib.