|
Çemionlar Liqasında 1/2 finalın püşkü atılır - Yenilənir

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılacaq. 
Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

“Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Real Madrid” (İspaniya) və “Roma” (İtaliya) 2 cütlük formalaşdıracaqlar. İstənilən komanda digərinə rəqib ola bilər. 

Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək