|
Məşhur cütlük beysbol matçında

Aktrisa Mila Kunis və aktyor həyat yoldaşı Eşton Katçer beysbol matçını izləyiblər.

Cütlük tribunada olarkən paparazzilərin kamerasına tuş gəlib. 
Mila və Eştonun sərbəst olması və xoşbəxt görünməsi ətrafdakıların da diqqətini çəkib.

Qeyd edək ki, 7 ildir birlikdə olan cütlüyün 4 yaşlı Uayett adlı qızı və 2 yaşlı Dmitri adlı oğlu var.