|
Selena məşhur aktyordan gələn sevgi etirafına "Yox" dedi - fotolar

Aktrisa Cennifer Enistondan ötən ay boşanan aktyor Castin Terinin gözü müğənni Selena Qomezə düşüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı aktyor 25 yaşlı ifaçıya tez-tez sevgi mesajları göndərir.

Castin Biberdən yenicə ayrılan Selenanın isə özündən 21 yaş böyük aktyorun sevgi etirafına rədd cavabı verdiyi bildirilir.

Qeyd edək ki, Cenniferlə Castin 2015-ci ildə ailə qurub. Onlar bu ilin fevralında rəsmən boşanıblar.