Bu gün Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə konsert keçirilib.
Prezidentinin ailə üzvlərinin də qatıldığı tədbirdə bir çox incəsənət adamları da iştirak edib.
Onlar gecədə mahnılarını səsləndirməklə yanaşı, prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə şəkillər çəkdirərək onları sosial şəbəkədə paylaşıblar.










