|
Petro Poroşenko: Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da möhkəmlənəcək

Ukrayna Prezidenti Petro Poroşenko İlham Əliyevi prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti öz “Twitter” səhifəsində yazıb:

“İlham Əliyevi Azərbaycan Prezidenti seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edirəm! Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da möhkəmlənəcək”.

P.Poroşenko İlham Əliyevin səfərini səbirsizliklə gözlədiyini qeyd edib.