|
Bu rayonlar qazsız qalacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 12:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 11:00-dan 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 14:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 14:00-dan 16:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 17:00-dək Qazax rayonunun bir hissəsinə, saat 18:00-dək Sumqayıt şəhərinin və Yevlax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Suraxanı rayonununn bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır