|
Bakıda minik avtomobili yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.