Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, keçirilən 2 görüşlə yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.
“Real” öz meydanında “Yuventus”u qəbul edir. İlk matçda səfərdə rəqib qapısından 3 cavabsız top keçirən “Real”ın mərhələ adlayacağı böyük ölçüdə həll olunub.
Elə ikinci oyunda da meydan sahiblərinin işi asandır. Münhendəki qarşılaşmada “Bavariya”nı hətta 0:1 hesablı yenilgi də qane edir.
Qeyd edək ki, dünən "Roma" və "Liverpul" adını yarımfinala yazdırıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
11 aprel
22:45."Real" – "Yuventus" - 0:3 (İkinci hissə)
Qollar: Mario Mandzukiç, 2, 37, Blez Matuidi, 60
İlk oyun - 3:0
Baş hakim: Maykl Oliver (İngiltərə)
22:45. "Bavariya" - "Sevilya" - 0:0 (İkinci hissə)
İlk oyun - 2:1
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
10 aprel
"Roma" - "Barselona" - 3:0
İlk oyun - 1:4
"Mançester Siti" - "Liverpul" - 1:2
İlk oyun - 0:3
