|
Prezident İlham Əliyev:

"Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada görə, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm".

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir".

İlham Əliyev bildirib ki, bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verib, son 15 il ərzində görülən işlərə yüksək qiymət verib:

"Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib".