|
İtaliyada 4,7 bal gücündə zəlzələ baş verib

İtaliyanın mərkəzində 4,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın geofizika və vulkanologiya milli institutu xəbər yayıb.

 

Yeraltı təkanların episentri 9 km dərinlikdə Marke vilayətində Muçça kəndindən aralıda olub.

Tələfat və dağıntılar barədə məlumat verilmir.