|
Bakıda mənzildə kişi meyiti tapılıb

Bakıda mənzildən meyit tapılıb.

 

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Əliyev Eldar Əli oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.