Bu gün Topaz Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 22-ci tura yekun vurulub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ikinci oyun günündə də 2 qarşılaşma keçirilib. "Zirə" doğma meydanda 3 cavabsız qollar "Qəbələ"dən üstün olub. "Sumqayıt" isə səfərdə "Neftçi"ni məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 45 xalla "Qəbələ" başçılıq edir. "Səbail" 2-ci (39 xal), "Qarabağ" isə üçüncü (34 xal) pillədə qərarlaşıb.
9 aprel (bazar ertəsi)
“Zirə” - “Qəbələ” - 3:0
Qollar: Mirsahib Abbasov, 56, Orxan Əliyev, 60, Tapdıq Əhmədov, 65
“Neftçi” - “Sumqayıt” - 1:2
Qollar: Cavidan Qasımlı, 50 - Elvin Nəsibov, 9, 64
8 aprel (bazar)
“Kəpəz” - “Keşlə” - 0:0
“Qarabağ” - “Səbail” - 2:1
Qollar: Ağabala Ramazanov, 13, 51 - Pərviz Qaraxanov, 28
