|
Ermənistanın yeni prezidenti and içdi və işinə başladı

Ermənistanın yeni seçilmiş prezidenti Armen Sarkisyan parlamentin bugünkü xüsusi iclasında and içərək vəzifələrinin icrasına başlayıb.

Trend bu barədə Ermənistan KİV-lərinə istinadən məlumat verir.

Qeyd edək ki, martın 2-də keçirilmiş seçkilərdə ilk dəfə Ermənistan prezidenti parlament tərəfindən seçilmişdi.

Bu gündən etibarən Ermənistan parlamentli idarəetməyə keçir.