|
Türkiyədə 9 hərbçi yaralandı

Türkiyə-İran sərhədi yaxınlığında yerləşən Doğubayazit şəhərində (Ağrı vilayəti) hərbi avtomobilin partladılması nəticəsində 9 hərbçi yaralanıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtomobildə şəhər  jandarmeriyasının xüsusi qrupu hərəkət edib. Yaralıların vəziyyəti qənaətbəxşdir. Araşdırma aparılır.