Braziliya milli yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar model sevgilisi Bruna Markezinlə görüntülənib.
57 milyon avro gəlirlə ən çox qazanan futbolçu adını alan Neymar Bruna ilə teatrlardan birində kameralara tuş gəliblər.
Tez-tez küsüb-barışan cütlük du dəfə bir-birinə möhkəm sarılıb və öpüşüb.
Ötən ilin avqustunda ayrılan və bir-birilərinin fotolarını rəsmi səhifələrindən silən cütlüyün xoşbəxt olduğu diqqətdən yayınmayıb.
Qeyd edək ki, 26 yaşlı Neymarla 25 yaşlı Brunanın ayrılmasına səbəb futbolçunun 5 illik sevgilisinə evlilik təklifi etməsi olmuşdu.





