Aparıcı Burcu Esmersoy ticarət mərkəzlərindən birində sevənləri ilə görüşüb.
İnsanlarla şəkil çəkdirib, imza verən Burcu eyni zamanda maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Esmersoy 1997-ci ildə "Türkiyə gözəli" olduqdan sonra bir daha model kimi səhnəyə çıxmamasının səbəbini söyləyib:
"Qəribə olsa da, amma mənə kimsə baxanda xoşum gəlmir. O zaman da utana-utana podiuma çıxırdım. Qalib oldum, amma daha model kimi fəaliyyət göstərə bilməzdim. İndi də məni çox insan seyr edir, amma ekranın o biri tərəfindən".

