|
2 ay əvvəl ərindən boşanan Cennifer kökəlib belə oldu

Aktrisa Cennifer Eniston aktyor Castin Terudan boşandıqdan sonra ilk dəfə görüntülənib.

49 yaşlı aktrisa ötən gün Beverli-Hilsdə paparazzilərə tuş gəlib.
Xoşbəxt görünən Cenniferin kökəldiyi də diqqətdən qaçmayıb.
Qeyd edək ki, Cenniferlə Castin 2015-ci ildə ailə qurub. Cütlük bu ilin fevralında ayrılmaq qərarı verib. Ondan sonra Eniston dostları ilə Taitiyə istirahətə yollanıb.
Xatırladaq ki, Cennifer 2000-2005-ci illərdə aktyor Bred Pittlə ailəli olub. Onların hətta bu yaxınlarda yenidən barışdığı da iddia olunurdu.