Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin Moskvaya səfərinə münasibət bildirib.
Trend-in məlumatına görə, E.Məmmədyarov jurnalistlərə bildirib ki, Azərbaycan tərəfi hər dəfə qondarma rejimin nümayəndələrinin hər hansı ölkəyə səfəri ilə bağlı həmin ölkəyə nota verir:
“Onlar ölkələrə səfər edən zaman rəsmi şəxslərlə görüşürlərsə, biz həmin ölkəyə nota veririk və cavab gözləyirik. Onlar heç də həmişə rəsmi şəxslər tərəfindən qəbul edilmirlər, diaspor nümayəndələri ilə görüşürlər. Biz baxacağıq, əgər qondarma rejmin nümayəndələri Moskvada rəsmi şəxslərlə görüşsələr, bununla bağlı bəyanat verəcəyik”.
