|
"Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC ləğv edilib

"Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

 

Əmlak Məsələləri Dövlət Komitəsi və Vergilər Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.