|
Ağcabədidə 3 otaqlı ev yanıb

Ağcabədidə yanğın olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun  Hacıbədəlli kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib.

Nəticədə  evin dam örtüyünün yanar konstruksilaları 70 m2 sahədə və içərisinə yığılmış 16 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​