|
"Arsenal" MOİK-ə, "Atletiko" "Sportinq"ə qarşı

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Qol.az-ın məlumatına görə, favoritlərdən hesab edilən London “Arsenal”ı öz meydanında Rusiyanın MOİK klubunu qəbul edəcək.

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Atletiko” Madriddə “Sportinq”lə qarşılaşacaq.

Turnirin sürpriz komandası olan “Zalsburq” səfərdə “Latsio”nun qonağı olacaq.

Digər görüşdə isə “Leyptsiq” doğma azarkeşlər önündə “Marsel”lə üz-üzə gələcək.


5 aprel

Avropa Liqası

1/4 final

ilk oyunlar

23:05. “Arsenal” (İngiltərə) – MOİK (Rusiya)

23:05. “Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya)

23:05. “Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya)

23:05. “Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa