Castin Biberdən ayrılan müğənni Selena Qomez yenə paparazzilərə tuş gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı ifaçı Los-Ancelesdə görüntülənib.
Sadə görünüşdə olan Selenanın əynində qara lassin, sinə dekolteli köynək, cins gödəkçə olub.
Qomez geyimini boz rəngli tərliklə tamamlayıb. Onun əlində isə "Bibliya" (xristianların müqəddəs kitabı) olub. 


