|
“Oktyabr seçkisində qarşıdurma olacaqdı” iddiasına yeni reaksiyalar

Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət təmsilçilərinin, hətta hakimiyyətə yaxın prezidentliyə namizədlərin dilindən belə açıqlamalar səslənir ki, əgər seçki oktyabrda keçirilsəydi, xarici güclər ölkədə çaxnaşma yarada bilərdi. Ən son bu cür açıqlama ilə prezidentliyə namizəd, deputat Zahid Oruc çıxış edib. 

Deyilənləri müxalif siyasi liderlər və siyasi ekspertlər də bu barədə fikirlərini “Yeni Müsavat”a bildiriblər.

VİP sədri Əli Əliyev bildirdi ki, seçki oktyabrda olacağı halda o dövrdə müəyyən proseslərin, çaxnaşmaların ola biləcəyi ehtimalı var idi: “Mənim də belə eşitdiklərim var. İstisna da deyil. Çünki biz bunun dəfələrlə şahidi olmuşuq. 2013-cü il prezident seçkiləri dediyimin sübutudur. O zaman Moskva Bakıda öz nümayəndəsini hakimiyyətdə əyləşdirmək istəyirdi.

VİP sədri Əli Əliyev ile ilgili görsel sonucu

Lakin bu da var ki, indi seçki vaxtının dəyişdirilməsinə hakimiyyət hələ inandırıcı rəsmi izah verə bilməyib. Məsələn, səbəblərdən biri kimi bu il keçiriləcək dövlət tədbirlərinin, beynəlxalq tədbirlərin çox olması göstərilib. Fikrimcə, qarışıqlıq yaratmaq təşəbbüslərinin olması ehtimalının seçkinin önə çəkilməsinə səbəb olduğu daha çox ağlabatandır”.

Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva isə öncə xatırlatdı ki, növbədənkənar prezident seçkisinin elan olunmasından sonra müxtəlif versiyalar səslənib. Bunlar həm müxalifət tərəfindən, həm siyasi ekspertlərin dilindən, həm hakimiyyətə yaxın şəxslərin dilindən müxtəlif ehtimallar, versiyalar səsləndi. İrəli sürülən fikirlərin bəziləri cəmiyyətdə ciddi də qəbul olundu: “Şəxsən mən hələ 2016-cı ildə referendum keçiriləndə bu referendumun Azərbaycanda növbədənkənar prezident seçkisini labüd etdiyini məhz ”Yeni Müsavat"a açıqlamamda demişdim.

Yeganə Hacıyeva ile ilgili görsel sonucu

Biz arxasında qlobal güclərin dayandığı proseslərin də getməkdə olduğunu müşahidə edirik. Hakimiyyətdə də şübhəsiz ki, daha ciddi informasiyalar olmamış deyil. Ehtimal etmək olar ki, Azərbaycanda qarışıqlıq yaratmaq üçün xarici qüvvələr payızı hədəfləmişdilər, hər şey oktyabrda keçiriləcəyi hesab edilən seçkilərə hesablanmışdı. Seçki oktyabrda keçirilsəydi seçkilər dövründə Qarabağ cəbhəsində də Ermənistanın çox böyük təxribatlar etməsi ehtimalı böyük idi. Növbədənkənar seçki təyin olunması bütün bu kimi planları yarımçıq qoydu. Növbədənkənar seçkinin keçirilməsini həm bu mühüm məqam, həm də Azərbaycan Konstitusiyası tələb edirdi. Növbədənkənar seçkiyə gedilməsində nə hüquqi, nə də siyasi səhv yoxdur".