|
"Traktor Sazi" yenə uduzdu

Asiya Çempionlar Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, A qrupunda mübarizə aparan Cənubi Azərbaycanın “Traktor Sazi” klubu səfərdə “Əl-Əhli” ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Təbriz klubu 5 turdan sonra 2 xalla qrup sonuncusudur.