|
“Olimpiakos” baş məşqçisiz qaldı

Olimpiakos” baş məşqçisi qalıb. 

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Oskar Qarsiya vəzifəsindən ayrılıb. 

İspan mütəxəssisin klub rəhbərliyi ilə apardığı danışıqlar müsbət yekunlaşıb və onun sözləşməsinə qarşılıqlı şəkildə xitam verilib. 

Qarsiya Yunanıstanda cəmi 3 ay çalışıb. Komandanın son zamanlarkı uğursuz çıxışı prezident Evangelos Marinakisi özündən çıxarıb. O, komandanın futbolçularını 400 min avro həcmində cərimələyib. 

Qeyd edək ki, “Olimpiakos” son 8 oyunda cəmi 3 qələbə qazanıb. Komanda lider AEK-dən 1 oyun artıq keçirməklə 3 xal geri qalır