|
Metro gecə saat 2-ə qədər işləyəcək

Moskva Metropoliteni aprelin 7-dən 8-ə keçən gecə saat 2-ə qədər sərnişinlərə xidmət göstərəcək.

Trend-in məlumatına görə, bu barədə paytaxt Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov deyib.

 

Metropoliten rəsmisi bildirib: "Paytaxt sakinləri və qonaqların rahatlığı üçün gecə saat 2-ə qədər iş vaxtı uzadılacaq".

Qeyd edək ki, pravoslav xristianlar aprelin 7-də Pasxa bayramını qeyd edəcəklər.