|
Oqtay Əsədov xaricdə anti-Azərbaycan kampaniyasına qoşulanlardan danışdı

Xaricdə yaşayaraq Azərbaycan əleyhinə iş aparan bəzi həmyerlilərimizə azərbaycanlı demək olmaz.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, Azərbaycan xalqı mərd xalqdır:

"Lakin xaricdə yaşayan bəzi azərbaycanlılar xalqın mənəviyyatından uzaqdırlar. Deputatlar bununla bağlı fikirlərini mətbuatda, televiziya vasitəsilə çatdıra bilərlər”.