|
Ərdoğan: Türkiyə bu gün nəhəng layihənin təməlini qoyur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçiriləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, dövlət başçısı Tvitter hesabında bununla bağlı paylaşım edib.

“Sabah dəyərli dostum Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin və rus-türk əlaqələrinin gələcəyi üçün önəmli addım olan 20 milyardlıq nəhəng investiyaya malik Akkuyu Atom Elektrik Stansiyasının təməlini qoyacağıq”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, sabah Vladimir Putin Türkiyəyə səfər edəcək.