|
Hamilə aktrisa qarnını göstərdi

Aktrisa Eva Lonqariya İnstaqram səhifəsində yeni fotolarını paylaşıb.

Bir müddət sonra ana olmağa hazırlaşan 42 yaşlı aktrisa yaxta istirahətində çəkilmiş şəkillərini izləyiciləri ilə bölüşüb.
Evanın həm "Snapchat"lə çəkilmiş şəkilləri, həm də qarnının fotosu sevənləri tərəfindən bəyənilib. 
Qeyd edək ki, Xose Antonio Bastondan hamilə olan Lonqariya bu ilin yazında ilk dəfə ana olacaq. O, Xoseyə oğul övladı bəxş edəcək.

Xatırladaq ki, Antonia ilə 2016-cı ildən evli olan aktrisa onun ilk evliliyindən olan övladları – Xose, Tali və Marianaya analıq edir.