Martın 29-da Macarıstanda yaşayan azərbaycanlılar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən aksiya keçiriblər.
Cia.az Haqqın.az-a istinadən xəbər verir ki, Budapeşt şəhərində keçirilən aksiyada 50-dən çox fəal iştirak edib. Onlar İlham Əliyevin portiretləri və şüarlarla Budapeşt şəhərində dəstək yürüşü keçirib. Aksiyada Avropada yaşayan bəzi mühacir azərbaycanlıların hökumətə yönəlmiş hörmətdən salma cəhdləri pislənilib. Aksiya iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərin möhkəmləndirilməsi siyasətini dəstəkləyib.
Çıxış edən „Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli Avropada yaşayan azərbaycanlıları prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.
Musavat.com aksiyanın təşkilatçısı Ramiz ƏMİRLİdən əlavə fotolar alaraq, haqqın.az -ın yaydığı fotolarla birlikdə təqdim edir.

