|
Türkiyə təyyarələri Afrinin dağlıq bölgələrində əməliyyat keçirib

Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin rayonu terrorçulardan azad edildikdən sonra dağlıq bölgələrdə gizlənən PYD və YPG silahlılarına qarşı əməliyyat keçirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verib.

 

Terrorçuların zərərsizləşdirilməsi bağlı əməliyyatlar Rajo yaşayış məntəqəsi yaxınlığında həyata keçirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.