“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Ömrün çəhrayı rəngi” sənədli televiziya filminin istehsalını başa çatdırıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekran işi Azərbaycan nəsrində dərin iz buraxmış yazıçı-jurnalist, uzun illər “Azərbaycan qadını” jurnalına rəhbərlik etmiş Xalidə Hasilovanın taleyindən bəhs edir.
Filmin ssenari müəllifi Sevinc İsmayılzadə, rejissoru Murad Quliyev, operatoru Elxan Rüstəmovdur.
