Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” adlı yeni layihəyənin ikinci təqdimatı olacaq.
Mərkəzdən bildirilib ki, layihənin budəfəki təqdimatı Xalq Artisti, məşhur opera müğənnisi Həqiqət Rzayevaya həsr ediləcək. Onun operada oynadığı rollardan, çəkildiyi kinofilmlərdən fraqmentlər nümayiş olunacaq.
Bildirilib ki, layihənin məqsədi Azərbaycan milli musiqisinin, kinosunun yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli mədəniyyət xadimlərinin – bəstəkarlar, aktyorlar, opera və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair tədbirlərin təşkilindən ibarətdir.
