|
V5 milyon istifadəçinin bank kartı məlumatları oğurlandı

ABŞ-ın “Lord & Taylor и Saks Fifth Avenue” şirkəti xaker hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, hücum nəticəsində 5 milyon istifadəçinin bank kartı məlumatları oğurlanıb.

 

Məlumatların mağazalardaki kassa aparatlarına quraşdırılmış xüsusi proqram təminatı vasitəsi ilə oğurlandığı bildirilir.

Hücumun arxasında “JokerStash” xaker qrupunun dayandığı qeyd edilir.