|
Kiyevdə avtomobil partladı

Ukraynanın paytaxtı Kiyevdə “Volkswagen” markalı avtomobil partlayıb.

Trend-in məlumatına görə, insident yerli vaxtla saat 00:50-də Axmatova küçəsində baş verib.

 

Hal-hazırda hadisə yerində polis əməkdaşları araşdırmalar aparır.

Xəsarət alanlar barədə hələlik məlumat verilmir.