|
Qəbələdə orta yaşlı kişini ilan sançıb

Qəbələ rayonunda ilansancma hadisəsi baş verib.

Şəhərin Quşlar kəndində 1985-ci il təvəllüdlü yerli sakin Zülfüqar Lətifovu həyətyanı sahədə ilan sançıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.