|
Bakıda yanan evdən meyit çıxdı

Bakıda yanan evdən meyit çıxıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və 2 ədəd televizor yanıb.

Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülub.