"Yuventus"un müdafiəçisi Kvadvo Asamoa yeni mövsümdən “inter”də çıxış edəcək.
Qol.az-ın "La Gazetta dello Sport"a istinadən yaydığı xəbərə görə, qanalı futbolçu Milan təmsilçisi ilə 3 illik anlaşma əldə edib.
Asamoanın illik məvacibi 3 milyon avro olacağı bildirilir.
Qeyd edək ki, Qana millisinin üzvü 2012-ci ildə "Udineze"dən "Yuventus"a keçmişdi. Asamoa bu mövsüm 20 oyuna çıxıb.
