Fransa prezidenti Emmanuel Makron Suriyanın şimalına - Manbicə kürdlərə kömək üçün qoşun göndərmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Nəşrin məlumatına görə, Makron dünən ərəb-kürd nümayəndələri ilə görüşüb. Fransa lideri bildirib ki, hərbçilər olduqca qısa müddətdə göndəriləcək.
Suriyaya göndəriləcək fransız hərbi qulluqçularının sayı barədə dəqiq məlumat verilmir. Həmçinin qeyd edilir ki, hərbi əməliyyatlar Birləşmiş Ştatlarla əlaqəli keçiriləcək.
