|
"Monako" braziliyalı futbolçu ilə müqaviləni uzatdı

“Monako” futbolçusu Joao Moutinyo ilə müqaviləni  uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı yarımmüdafiəçinin yeni müqavilə müddəti 2020-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 2013-cü ildə “Porto”dan transfer edilən 31 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 26 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.