"Kanad D"də yayımlanan "Popstar 2018" musiqi yarışmasının bu həftə üçüncü buraxılışı baş tutub.
Proqramda jüri masasında oturan müğənni Bülent Ersoy libası ilə diqqət çəkib.
Nur Yerlitaş imzalı geyim svarovski qaşlarla bəzənib. Kənarları qaz tükündən ibarət olan libasın 50 kiloqram ağırlığında olduğu bildirilib.
