|
“TİENS”də qalmaqal

Bu vaxta qədər bir neçə dəfə adı qalmaqalda, müştəri aldatmaqda hallan TİENS şirkətində insident yaşanıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə şirkət işçisi polisə məlumat verib.

Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Aytən Seyidova Polis Bölməsinə müraciət edərək bildirib ki, işlədiyi TİENS şirkətində borclu olduğu həmkarı dispetçer 1952-ci il təvəllüdlü Zərifə Süleymanova zorla çantasından 850 manat pulunu götürürək onu itələyib divara vurub. 

Xəsarət alan G.Seyidova həmin vaxt 1 cüt qızıl sırğasının itdiyini deyib.