|
Azərbaycanın işğal olunmuş ərazilərində britaniyalılar minaya düşüb

Azərbaycanın işğal olunmuş ərazilərində Böyük Britaniyanın "Halo Trast" təşkilatının əməkdaşları minaya düşüb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə minalardan təmizləmə zamanı baş verib.

 

Hadisə nəticəsində 3 əməkdaş həlak olub, daha iki nəfər yaralanıb.

Qeyd olunur ki, hadisə Azərbaycanın işğal olunmuş Ağdərə rayonunda baş verib.