|
İstanbul boğazı bağlandı

İstanbul boğazında gəmilərin gediş-gəlişi dayandırlıb.

Axar.az xəbər verir ki, buna səbəb ərazidə güclü duman qatının müşahidə olunmasıdır. Bildirilib ki, yerli vaxtla 15:00-dan etibarən boğaz bağlanıb.

Hərəkətin yenidən bərpası ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, sonuncu dəfə fevralın 23-də duman səbəbindən gəmilərin hərəkətinə məhdudiyyət qoyulmuşdu.