|
İmişlidə iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində “Daş körpüsü” adlanan ərazidə qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində İmişli rayon sakinləri, 1997-ci il təvəllüdlü Məmmədli Azər Mübariz oğlu və 1992-ci il təvəllüdlü Ağalarov Sənan Ağalar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.