|
Pilot içib kefləndi, sərnişinlər 3 gün gözlədilər

Ştutqart aeroportunda uçuş üçün gözləyən sərnişinlərin başına qəribə hadisə gəlib. Belə ki, pilotun sərxoş olmasına görə uçuşlar ləğv edilib və sərnişinlər 3 gün gözləmək məcburiyyətində qalıblar.

Aeroport rəhbərliyinin mövzu ilə bağlı verdiyi açıqlamada isə qeyd olunub ki, aeroport işçilərindən biri köməkçi pilotun içkili olduğunu, yeriyərkən səndələdiyini fərq edib və bu barədə polisi xəbərdar edib. Polisin və prokurorluğun müdaxiləsi ilə uçuş ləğv edilib. Bundan sonra isə səlahiyyətli nümayəndələr lazımi sayda işçi olmadığı üçün təyyarəyə qalxış icazəsi verməyib və yardımçı pilotun uçuş icazəsi qüvvədən düşüb.

 

Ehtiyatda köməkçi pilot olmadığı üçün də təyyarənin uçuşuna icazə verilməyib və 106 sərnişin otellərə yerləşdirilib. Köməkçi pilot öncə müvəqqəti olaraq göz altına alındı. Onun azadlığa buraxılması üçün 10 min avroluq kəfalət ödəməsi lazımdır.