Gürcüstanın Zestafoni şəhərindən olan azyaşlı Georgi Mumladze Bakıda çəkilməsi planlaşdırılan filmdə Azərbaycan prezidenti İlham Əliyevin uşaqlığını canlandıracaq. O, bu rola artıq təsdiq edilib.
Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Gürcüstanın “Pirvelli” agentliyi yayıb. Məlumata görə, 3 yaşlı Georgi Mumladze azərbaycanlı rejissor Vaqif Mustafayevin tarixi janrda çəkəcəyi filmdə İlham Əliyevin uşaqlıq illərini canlandıracaq.
V.Mustafayev 15 mindən çox azərbaycanlı və gürcü uşağın iştirakı ilə keçirilmiş sınaq çəkilişlərində əsas rola məhz bu gürcü uşağı seçib.
Hazırda Zestafoni şəhərindəki 5 saylı uşaq bağçasında tərbiyə alan Georgi Mumladze çəkilişlər üçün artıq Azərbaycana gəlib. Onu bu səfərində valideynləri müşayiət edir.
