Rol aldıqları "Bana baba dedi" serialının çəkiliş meydançasında tanış olub eşq yaşayan Oğuzhan Koç və Yağmur Tanrısevsin eşqi uzun müddətdir davam edir.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, münasibətlərini gizlin yaşamağa çalışan cütlük bu dəfə Nişantaşıda görüntülənib.
Əl-ələ, qol-qola gəzən ikili jurnalistləri gördükdə əllərini buraxıb və yan-yana getməyə başlayıblar.
Oğuzhan jurnalistləri salamlasa da, Yağmur üzünü gizlətməyə çalışıb.



