Rusiyada dəhşətli yanğında zərərçəkənlərin sayı 76 nəfərə çatıb.
Trend-in məlumatına görə, onlardan 27 nəfəri uşaqdır.
64 nəfər ölən şəxsdən yalnız 27-nin şəxsiyyəti müəyyənləşib.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin qərarı ilə ölkədə milli matəm elan olunub.
Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində yanğın baş verib.
